Almaniya və Hollandiya yığmaları Bakıda keçiriləcək U-17 Avropa çempionatına vəsiqə qazanıblar
On yeddi yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Azərbaycanda keçiriləcək Avropa çempionatının iştirakçılarının siyahısı dəqiqləşmək üzrədir.

Qitə birinciliyinin daha iki iştirakçısının adına aydınlıq gəlib. Belə ki, seçmə mərhələnin dördüncü qrupunda 7 xal toplayan Almaniya yığması ilk yeri tutaraq çempionata vəsiqəni təmin edib. Bu qrupda ikinci pilləni tutan Hollandiya da Bakıda keçiriləcək birincilikdə oynamaq hüququ qazanıb.

Daha əvvəl Avropa çempionatına Belçika, Portuqaliya, İsveç, İtaliya, Bosniya və Herseqovina, Ukrayna və İngiltərə yığmaları vəsiqə qazanmışdı.

U-17 Avropa çempionatı mayın 5-dən 21-dək Bakıda keçiriləcək.

Xəbər 710 dəfə oxundu.