Yeniyetmə şahmatçılar arasında Azərbaycan çempionatı start götürüb
Respublika Şahmat Mərkəzində 14-18 yaşlı yeniyetmələr arasında Azərbaycan çempionatı start götürüb.

Yarış Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən, bütün yaş qruplarında dairəvi sistem üzrə keçirilir. On səkkiz yaşadək yeniyetmələrin yarışında 9 zəka sahibi (5 oğlan və 4 qız) qələbə uğrunda mübarizə aparır. Digər yaş qruplarının hər biri üzrə isə 12 şahmatçı iştirak edir.

Çempionatda bütün yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya, ikinci yerin sahibləri isə Avropa çempionatına vəsiqə əldə edəcəklər. Eyni zamanda, qaliblər Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar.

Xəbər 670 dəfə oxundu.