FİDE rəsmiləri Bakıya gəlir
Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti aprelin 5-də Bakıya səfər edəcək. Nümayəndə heyətinə FİDE-nin prezidenti vəzifəsini icra edən, təşkilatın vitse-prezidenti Georgios Makropulos rəhbərlik edəcək.

Səfər zamanı FİDE rəsmiləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəhbərliyi ilə görüşəcək, mötəbər yarışın hazırlıq işləriylə tanış olacaq. Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti eyni zamanda olimpiadanın keçiriləcəyi Crystal Hall-da təşkilati işlərlə maraqlanacaq.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Xəbər 639 dəfə oxundu.