Oğlanlar arasında “Voleybol” üzrə rayon birinciliyi keçirilib
29 mart 2016-cı il tarixdə 45 saylı tam orta məktəbin idman zalında Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon məktəblilərinin XXVIII spartakiadasının proqramına daxil olan oğlanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Yarışda rayonun 16 məktəb komandası tərkibində 192 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə Ankara məktəbin, II yerə 212 saylı məktəbin, III yerə isə 291 saylı Ekologiya Liseyin komandaları layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında keçiriləcək spartakiadanın Bakı şəhəri üzrə final mərhələsinə vəsiqə qazanıb.

Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar ilə təltif olunublar.

Xəbər 888 dəfə oxundu.