Tbilisidə keçirilən Qran-pri yarışında üç cüdoçumuz tatami üzərinə çıxıb
Azərbaycan cüdoçuları Tbilisidə keçirilən cüdo üzrə Qran-pri yarışlarının növbəti günündə - martın 26-da tatami üzərinə çıxıblar.

Turnirdə 73 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Əfqan Quluzadə birinci qarşılaşmada Səudiyyə Ərəbistanı Krallığından olan Mohammad Alharbini məğlub edib. Lakin idmançımız sonrakı mərhələdə koreyalı Honq Kuk Hyun ilə qarşılaşmada rəqibinə məğlub olub.

Digər cüdoçularımız Ziya Namazov (81 kq) ilk mərhələdə iranlı güləşçiyə, Rüstəm Əliyev (81 kq) isə ingiltərəli idmançıya məğlub olaraq mübarizəni dayandırıblar.

AZƏRTAC

Xəbər 876 dəfə oxundu.