Bədii gimnastika üzrə qadın gimnastlarımızın mübarizə apardıqları Qran-pri turniri başa çatıb
Fransanın Tiye şəhərciyində bədii gimnastika üzrə ənənəvi Qran-pri yarışları keçirilib.

Yarışlarda Azərbaycan həm qrup hərəkətləri komandası, həm də fərdi çıxış proqramı üzrə təmsil olunub.

Siyana Vasilyeva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət olan qrup hərəkətləri komandası 3 cüt gürz və 2 halqa ilə finalda dördüncü yeri tutub. Beş lentlə finalda çıxış edən qrup altıncı sırada yer alıb. İki çıxışın nəticəsinə əsasən, gimnast qızlarımız yeddinci yerdə qərarlaşıblar.

Beynəlxalq arenada yeni çıxış proqramını ilk dəfə nümayiş etdirən bədii gimnastika üzrə yığma komandanın lideri Marina Durunda isə lentlə hərəkətlər üzrə yarışın finalında altıncı olub. O, halqa və gürzlə çıxışda isə səkkizinci yeri tutub. M.Durunda çoxnövçülük yarışında onuncu yerdə qərarlaşıb.

Xəbər 682 dəfə oxundu.