“Synergy Baku”nun velosipedçiləri “Giro del Belvedere” yürüşündə uğurla çıxış ediblər
Azərbaycanın kontinental komandası “Synergy Baku”nun gənc velosipedçiləri İtaliyada keçirilən sayca 78-ci “Giro del Belvedere” yürüşündə uğurla çıxış ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük yarışında iştirakçılar 166 kilometr məsafə qət ediblər.

İyirmi üç yaşadək velosipedçilər arasında təşkil edilən yürüşdə Elgün Əlizadə, Ənvər Asanov, İsmayıl İlyasov, Kənan Qəhrəmanlı və Yosip Rumaçla təmsil olunan "Synergy Baku"nun əla komanda işi nəticəsiz qalmayıb. Komandamızın üzvü Yosip Rumaç 190 iştirakçı arasında üçüncü olub.

Xəbər 631 dəfə oxundu.