Tələbələr arasında stolüstü tennis üzrə respublika çempionatı keçirilir
Azərbaycan Stolüstü Tennis Federasiyasının və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında stolüstü tennis üzrə respublika çempionatı keçirilir.

Çempionatın məqsədi tələbələri bədən tərbiyəsinə cəlb etmək, birinci Avropa Oyunları irsinin qorunması və ali təhsil müəssisələri arasında dostluq əlaqələrinin qurulmasıdır.

Çempionatda Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak edirlər.

Xəbər 696 dəfə oxundu.