“Azəryol” komandası “Azərreyl”ə qalib gəlib
Martın 28-də Bakı İdman Sarayında qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

“Azəryol” komandası “Azərreyl”i qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Azəryol” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında keçirilən ilk oyunda “Azərreyl” komandası qalib gəlmişdi – 3:1. Beləliklə, finala adlayan komanda martın 30-da keçiriləcək üçüncü oyundan sonra müəyyənləşəcək.

Xəbər 680 dəfə oxundu.