Şəhriyar Yurmalaya gedir
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fevralın 16-19-da Yurmalada qrossmeyster Vladimir Petrovun xatirəsinə həsr olunan sürətli şahmat üzrə beynəlxalq turnirdə iştirak edəcək. İdman.com.az saytının məlumatına görə, seçmə mərhələdə 54 şahmatçı mübarizə aparacaq. Sonra onlar arasından çeçilənlərə dəvət olunan 4 şahmatçı – Şəhriyar Məmədyarov, Vasili İvançuk, Aleksandr Morozeviç və Aleksey Şirov qatılacaqlar. Final dairəvi sistem üzrə fevralın 18-19-da keçiriləcək.


Xəbər 1157 dəfə oxundu.