Bakıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman Günü təsis edilib. Bu gün hər il martın 5-də qeyd edilir.

Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının və ictimaiyyətin nümayəndələri martın 5-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, qarşısına əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

A.Rəhimov jurnalistlərə bildirib ki, artıq idman ölkəsi imici qazanan Azərbaycanda bu il və qarşıdan gələn illərdə çoxlu idman tədbiri, o cümlədən beynəlxalq xarakterli idman tədbirləri gözlənilir. Onun sözlərinə görə, bununla əlaqədar, respublikada tematik tədbirlər keçirilir.

Sonra Dənizkənarı Milli Parkda idmanın müxtəlif növləri, o cümlədən kapoyero, voleybol, tennis, yelkən idmanı üzrə nümunəvi çıxışlar olub.

Xəbər 736 dəfə oxundu.