Nazir Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh, Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar 28 mart tarixinədək aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Xəbər 956 dəfə oxundu.