Fəzza qran prisində bir qızıl, iki gümüş medal
Atletika üzrə paralimpiya milli komandamız Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərində keçirilən 8-ci Fəzza Qran pri turnirində ilk medallarını qazanıb. Azerisport.az xəbər verir ki, 100 metr məsafəyə qaçışda Çebanu Yelena 12.11 saniyə nəticəsi ilə qızıl, Cəbrayılov Elmir 100 metr qaçışda 11.39 nəticəsi ilə gümüş, Muradov Elçin 100 metr qaçışda 11.86 nəticəsi ilə gümüş medallara sahib çıxıb. Yarışlar davam edir.

Xəbər 794 dəfə oxundu.