“Traktorsazi” Səudiyyə Ərəbistanı komandası ilə oyunlarını yad meydanlarda keçirəcək
Futbol üzrə Asiya Çempionlar Liqasında eyni qrupda mübarizə aparan İranın “Traktorsazi” və Səudiyyə Ərəbistanının “Əl Hilal” komandaları arasındakı oyunlar neytral stadionlarda keçiriləcək.

Buna hər iki ölkənin diplomatik münasibətlərinin gərgin olması səbəb olub. Turnirin “C” qrupunda yer alan Təbrizin “Traktorsazi” komandası aprelin 6-da “Əl Hilal”ı doğma azarkeşlər qarşısında qəbul edə bilməyəcək. Aprelin 19-na nəzərdə tutulan cavab görüşü də başqa ölkədə oynanılacaq.

Üç turdan sonra “Traktorsazi” altı xalla qrupda liderdir. “Əl Hilal” isə beş xalla ikinci sıradadır.

Xəbər 785 dəfə oxundu.