«Vurduğum qol komandanın zəhmətinin nəticəsidir»
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirinin qalibi olmuş çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvü Comərd Baxşəliyev, qələbə ilə bağlı fikrini açıqlayıb. İdman.com.az saytı xəbər verir ki, o, finalda Polşa yığmasına qalib gəldikləri matçla bağlı bunları deyib:

«Komandamızın hər bir üzvü gücünü səfərbər etdi və məqsədimizə çatdıq. Vurduğum qola gəlincə, bu, tək mənim yox, ümumilikdə, komandanın zəhmətinin nəticəsidir. Sevinirəm ki, qolum həlledici oldu. Yekunda, yarışın qalibi adını qazandıq».

Xəbər 922 dəfə oxundu.