Samir Əliyev keçmiş klubuna qayıdır
Azərbaycan yığmasının sabiq futbolçusu Samir Əliyev özünə yeni komanda tapıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını “Neftçi”də davam etdirə bilər.

Cari mövsümə “Turan” komandasında başlayan forvard, hələ qış fasiləsi başlamamış Tovuzdan ayrılmışdı. Maliyyə problemi ilə üzləşən Qərb təmsilçisini tərk edən Samir son 3-4 ayı komandasız qaldıqdan sonra, məşhurlaşdığı “Neftçi”yə qayıdıb. Onun “ağ-qaralar”da qalıb-qalmayacağı yaxın günlərdə dəqiqləşəcək.

Xəbər 972 dəfə oxundu.