İnter Xəzər Lənkəranla matça itkilərlə hazırlaşır
"İnter" Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlığı davam etdirir. Zaur Svanadzenin çalışdırdığı komanda bu matça itkilərlə hazırlaşır.

Belə ki, müdafiəçi Laşa Salukvadze "Rəvan"la oyunda zədə aldığından məşqlərə qatılmır. O, qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək. Qara Qarayev də təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "İnter"in kapitanı Nizami Hacıyev də zədəlidir. O, ayın sonunadək məcburi istirahət etməli olacaq. Fuad Bayramov da hələ zədəsini sağaltmayıb.

Xəbər 646 dəfə oxundu.