Avropa Olimpiya Komitəsinin İdmanda Gender Bərabərliyi Komissiyasının iclası keçirilib
Martın 15-də Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) İdmanda Gender Bərabərliyi Komissiyasının iclası keçirilib.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və Komissiyanın üzvü Könül Nurullayeva iclasda “İdmanda gender bərabərliyi” mövzusunda çıxış edib.

Tədbirdə Praqada keçirilmiş əvvəlki iclasın xülasəsi və gələcək işlərin planı müzakirə olunub. Bununla yanaşı, Avropa Olimpiya komitələrinin gender məsələləri ilə bağlı fəaliyyət planı, strategiyası və gündəlikdə olan məsələlərdən danışılıb. İclasda gender bərabərliyi ilə bağlı digər təşkilatlarla əməkdaşlıq razılaşmaları, eləcə də AOK-un İcraiyyə Şurasına təqdim olunacaq təkliflər müzakirə edilib.

Xəbər 1432 dəfə oxundu.