“Formula-1” üzrə Avropa Qran-prisi jurnalistlərin gözü ilə” adlı müsabiqəyə start verilib
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) “Formula-1” üzrə Avropa Qran-prisi jurnalistlərin gözü ilə” adlı müsabiqəyə start verib.

Müsabiqəyə Azərbaycanda yaşayan və işləyən bütün jurnalistlərin qatılmaq hüququ var. Müsabiqədə iştirak etmək üçün azı 21 yaş tələb olunur. Məqalə Azərbaycan, ingilis və ya rus dilində yazılmalıdır. Məqalənin həcmi 400 sözdən az, 600 sözdən çox olmamalıdır.

Müsabiqə mövzuları Bakı Şəhər Halqası, döngələr və tribunalar, yarış hazırlığı, komandalar, pilotlar və məşhurlar, “Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçiləri, “Formula-1” üzrə Avropa Qran-prisinə ev sahibliyi edən şəhərin üstünlüklərindən biri olmalıdır.

Məqalələrin son təhvil verilmə tarixi aprelin 15-i olacaq. Təhvil verilmiş məqalələr münsiflər heyəti tərəfindən dəqiqliklə qiymətləndirildikdən sonra müsabiqənin qalibləri aprelin 22-də elan olunacaq.

Müsabiqəyə qatılmaq üçün məqalənin hər hansı bir mətbu orqanda çap olunmuş və ya internet səhifəsində yayımlanmış nüsxəsini (elektron şəkil formasında) press@synergy.az elektron poçt ünvanına “Küləklər şəhərində sürət yarışı” başlığı ilə göndərmək lazımdır.

Birinci yeri tutmuş jurnalist “Formula-1” üzrə Avropa Qran-prisinə yarış həftəsonunun hər üç günü üçün keçərli olacaq 2 biletlə təmin ediləcək. İkinci yerin sahibinə BŞH tərəfindən üzərində şirkətin loqosunun əks olunduğu dəyərli hədiyyələr təqdim ediləcək. Müsabiqənin ən yaxşı beş məqaləsini yazan jurnalistlər sertifikatla təltif olunacaqlar.

Xəbər 659 dəfə oxundu.