Futbol üzrə Gürcüstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib
Futbol üzrə Gürcüstan milli komandasının yeni baş məşqçisi məlum olub.

Ölkə futbol federasiyasının verdiyi məlumata görə, bu posta slovakiyalı mütəxəssis Vladimir Vayss təyin edilib. Əlli bir yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb.

Federasiya prezidenti Levan Kobiaşvilinin sözlərinə görə, məşqçi ilə danışıqlar ay yarım davam edib. V.Vayssın qazanacağı məbləğ milli komandanın seçmə mərhələdəki nəticəsindən asılı olacaq.

Xatırladaq ki, V.Vayssın son iş yeri Qazaxıstanın “Kayrat” komandası olub.

Xəbər 753 dəfə oxundu.