Alpaqut döyüş sənəti üzrə ikinci açıq Azərbaycan çempionatına yekun vurulub
Alpaqut döyüş sənəti üzrə ikinci açıq Azərbaycan çempionatı keçirilib.

Yarışda 370 idmançı birincilik uğrunda mübarizə aparıb.

Yarış alpaqut döyüş sənətinin Aypara, Batur və Caymaz sistemləri üzrə təşkil olunub. Aypara sistemi üzrə yarışda Suraxanı komandası birinci olub. Nərimanov ikinci, Sumqayıt təmsilçiləri isə üçüncü pillədə qərarlaşıblar. Batur sistemi üzrə DİN İdman Cəmiyyəti, Sumqayıt və İsmayıllıdan olan idmançılar fəxri kürsüdə yer alıblar. Caymaz sistemi üzrə birinci yeri Şəmkir idmançıları qazanıblar. Güzdək komandası ikinci, Ağcabədi idmançıları isə üçüncü yeri tutublar.

Xəbər 810 dəfə oxundu.