Şəhriyar Məmmədyarovun “Reykyavik Open 2016” turnirində növbəti rəqibi Slovakiya təmsilçisi olacaq
İslandiyanın paytaxtında keçirilən “Reykyavik Open 2016” beynəlxalq şahmat turniri davam edir.

7-ci turda Şəhriyar Məmmədyarovun rəqibi avstraliyalı Moulsun Li oldu. Qara fiqurlarla mübarizə aparan təmsilçimiz bu turda qələbə qazanaraq xallarının sayını 5,5-ə çatdırıb və beşinci pillədə qərarlaşıb. Həmyerlimiz səkkizinci turda Slovakiya təmsilçisi Aleksandr Belyavski ilə qarşılaşacaq.

Turnirdə 30-dan çox, o cümlədən Rusiya, Macarıstan, ABŞ, İtaliya, Almaniya və s. ölkədən 246 şahmatçı qələbə uğrunda mübarizə aparır. Azərbaycanı bu turnirdə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

Yarış İsveçrə sistemi üzrə 10 turdan ibarət keçirilir.

Xəbər 669 dəfə oxundu.