Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib.

“Şüa” İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 16 oğlan və 11 qız komandası iştirak edir.

Respublikanın bir sıra şəhər və rayonlarının təmsil olunduğu çempionata martın 18-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın qalibi iyulun 8-dən 17-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanacaq.

Xəbər 1015 dəfə oxundu.