Premyer Liqanın XXV turu Vəli Qasımovun ölkə çempionatlarında debütü ilə yadda qalıb
Azərbaycan Premyer Liqasının XXV turu Vəli Qasımovun ölkə çempionatlarında debütü ilə əlamətdar olub.

Futbolçu kimi ölkə çempionatlarında iştirak etməyən, yalnız SSRİ dövründə “Neftçi”nin formasını geyinən 48 yaşlı mütəxəssis sabiq komandasını baş məşqçi kimi AZAL ilə matça çıxarıb. Komandada debütü ölkə kubokuna təsadüf edən V.Qasımovun Premyer Liqadakı ilki 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu oyunadək “Neftçi”ni Azərbaycan çempionatı görüşlərinə 21 baş məşqçi çıxarmışdı. V.Qasımov bu siyahıya 22-ci çalışdırıcı kimi daxil olub. O, cari mövsümün əvvəlki hissəsində “Neftçi”yə rəhbərlik etmiş məşqçilər Samir Əliyev və Əsgər Abdullayev kimi paytaxt təmsilçisinin “sükanı arxasında” debüt edib.

Xəbər 996 dəfə oxundu.