Şahmatçımız Vyetnamda keçirilən beynəlxalq turnirdə səkkizinci olub
Vyetnamın Xoşimin şəhərində keçirilən “6-cı HD Bank Kuboku” beynəlxalq şahmat turniri başa çatıb.

İdmançımız Vasif Durarbəyli sonuncu turda yerli şahmatçı Coung Fam üzərində qələbə qazanaraq hesabındakı xalların sayını 6-ya çatdırıb.

İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışda V.Durarbəyli 6 xalla 5-11-ci yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb. Turnirin qalibi 8 xal toplayan Çin şahmatçısı Vanq Hao olub.

Yarışda 16 ölkədən 76 zəka sahibi birincilik uğurunda mübarizə aparıb.

Xəbər 667 dəfə oxundu.