Paralimpiyaçılarımız Dubayda qüvvələrini sınayacaqlar
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika üzrə paralimpiya milli komandası Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubaya yola düşüb.

Atletika üzrə paralimpiya milli komandamız martın 16-dan 21-dək Dubayda keçiriləcək 8-ci “FƏZZA” Qran-pri turnirinə qatılacaq. “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 26 idmançımız qüvvəsini sınayacaq. Onların arasında Paralimpiya Oyunlarının mükafatçıları, beynəlxalq yarışların qalibləri, eyni zamanda, dünya rekordçusu var.

Xatırladaq ki, paralimpiyaçılarımız Brazilyada keçiriləcək Yay Paralimpiya Oyunlarına indiyədək 16 lisenziya qazanıblar.

Xəbər 843 dəfə oxundu.