Azərbaycan cüdoçuları Panamerika açıq çempionatında bir qızıl və bir bürünc medal qazanıblar
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən cüdo üzrə Panamerika açıq çempionatına yekun vurulub.

Azərbaycan milli komandası çempionatı bir qızıl və bir bürünc medalla başa vurub.

Çempionatın ilk günündə birinci yeri tutan Vüqar Şirinlidən (60 kq) sonra 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov komandamıza bürünc medal qazandırıb.

Avstraliyalı Dieqo Barettonu və argentinalı Mariano Bertolottini məğlub edərək dörddəbir finala yüksələn idmançımız bu mərhələdə Rusiya təmsilçisi Kiril Denisova məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Meksikalı İsao Kardenasa qalib gələn Ş.Qəhrəmanov bürünc medal uğrunda görüşdə komanda yoldaşı Tural Səfquliyevlə qarşılaşıb. Bu görüşdə qələbə qazanan Ş.Qəhrəmanov bürünc medala sahib olub.

Cüdo üzrə Panamerika açıq çempionatında çıxış edən digər təmsilçılərimiz - Əbdülhəqq Rəsullu (81 kq) və Tural Səfquliyev (90 kq) beşınci olublar. Cüdoçumuz Hüseyn Rəhimli (81 kq) isə mübarizəni erkən dayandırıb.

Xəbər 757 dəfə oxundu.