Son gündə daha 4 güləşçimiz xalçaya çıxır | |
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə yarışların ilk günündə güləşçilərimiz 1 bürünc medal qazanıb. Kamran Məmmədov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulur. 71 kq 1/16 final - Kristaps Kalnakarklis (LAT) - Həsən Əliyev 75 kq 1/16 final - Elvin Mürsəliyev - Jevgenijs Kolcovs (LAT) 80 kq 1/16 final - Rafael Samurqaşev (MNE) - Rafiq Hüseynov 85 kq 1/16 final - Tadeusz Mixalik (POL) - İslam Abbasov İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq. |
|
Xəbər 716 dəfə oxundu. |
|
|