Argentinada cüdoçumuzun şərəfinə Azərbaycan himni səsləndirildi
Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli tatami sahibi Nikolas Qomes və türkiyəli Əhməd Kabaya qalib gelerek yarımfinala çıxıb. Vüqar yarımfinalda Argentina təmsilçisi Hernan Birbrierdən üstün olub. Finalda isə kanadalı cüdoçu Sergio Pessoaya qalib gələn Şirinli qızıl medal qazanib. Mükafatlandırma mərasimində cüdoçumuzun şərəfinə Azərbaycan himni səsləndirilib.

60 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvü Elbrus Zamanov 7-ci olub.

48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə mötəbər turnirdə 5-ci yeri tutub.

Qeyd edək ki, 60 ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 7 idmançı ilə təmsil olunur.

Xəbər 860 dəfə oxundu.