AZAL Neftçiyə, Qəbələ Zirəyə qarşı
Bu gün Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilir. Turun bütün oyunları eyni gündə baş tutacaq.

Turun mərkəzi oyununda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə" səfərdə əsas izləyicisi "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dördüncü pillədə qərarlaşan "İnter"i də bir neçə gün öncə kubokda yolundan kənarlaşdığı "Rəvan"la görüş gözləyir.

Avrokuboklara vəsiqə qazanmağa çalışan "Kəpəz" bu tur "Xəzər Lənkəran"la qarşılaşacaq.

Turun daha bir dueli iki paytaxt klubu - AZAL və "Neftçi" arasında keçiriləcək.

Nəhayət, turun qapanış matçında çempionatın lideri "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olacaq.

Topaz Premyer Liqası
25-ci tur
13 mart (bazar)

15:00. “Kəpəz” - “Xəzər Lənkəran”
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev.
Gəncə şəhər stadionu.

15:00. AZAL - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov.
Bakı. "AZAL Arena".

15:00. “Qəbələ” - “Zirə”
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu.

15:00. “İnter” - “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov.
Bakı. “İnter Arena”.

17:30. “Sumqayıt” - “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

Bombardirlər:
8 - Riçard Almeyda ("Qarabağ"), Nelson Bonilya ("Zirə").

Xəbər 770 dəfə oxundu.