İki cüdoçumuz bürünc medal uğrunda görüşdə məğlub oldu
Mərakeşin Kasablanka şəhərində cüdo üzrə Afrika açıq çempionatı keçirilir. Yarışın ilk günündə Azərbaycan milli komandasının 9 üzvü mübarizə aparıb.

Ölkəmizi təmsil edən Rasim Əlməmmədov (60 kq) və Fəqan Quluzadə (73 kq) bürünc medal uğrunda görüşlərdə uduzaraq turnirdə 5-ci olublar.

Oruc Vəlizadə (60 kq) və Tərlan Kərimov (66 kq) isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, 59 ölkədən 310 (202 kişi, 108 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 17 idmançı ilə təmsil olunur.

Xəbər 728 dəfə oxundu.