Neftçi yeni məşqçisi ilə müqavilə bağladı
“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə müqavilə imzalayıb. Anlaşmaya əsasən, italiyalı mütəxəssis mövsümün sonunadək bu komandanın fiziki hazırlıq üzrə məşqçisi olacaq.

Qeyd edək ki, 2009-2010-cu illərdə “Neftçi”də çalışmış Covanni Melkiorre Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR, eləcə də “Xəzər Lənkəran” klublarında da işləyib.

Xəbər 722 dəfə oxundu.