İnter kapitanını itirdi
"İnter" ciddi itki ilə üzləşib. Komandanın kapitanı Nizami Hacıyev sıradan çıxıb.

O, Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində komandasının "Rəvan"a qarşı cavab matçında zədələnərək, oyunu davam etdirə bilməmişdi. Tibbi müayinədən keçdikdən sonra futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb.

Qeyd edək ki, Hacıyevin mart ayında yaşıl meydana çıxmayacağı bildirilir.

Xəbər 662 dəfə oxundu.