Dörd boksçumuz Böyük İpək yolu turnirinin qalibi oldu
Boks üzrə böyüklər arasında keçirilən 8-ci beynəlxalq "Böyük İpək yolu" turniri yekunlaşıb. Yarışın final qarşılaşmalarında iştirak edən milli komandamızın 4 üzvünün hər biri turniri qızıl medalla başa vurub.

56 kq çəki dərəcəsində dünya çempionu Cavid Çələbiyev, 64 kq-da Avropa oyunlarının qalibi Lorenso Sotomayor, 75 kq çəkidə Kamran Şahsuvarlı və 81 kq-da London Yay Olimpiya Oyunlarının mükafatçısı, Avropa Oyunlarının qalibi Teymur Məmmədov rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 898 dəfə oxundu.