Stolüstü tennis üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində irəliləyib
Malayziyada keçirilən stolüstü tennis üzrə dünya çempionatından sonra milli komandaların növbəti reytinq cədvəli açıqlanıb.

Çempionatda uğurla çıxış edən qadın stolüstü tennisçilərdən ibarət Azərbaycan yığma komandası reytinqdə mövqeyini daha da yaxşılaşdırıb. Bundan əvvəl cədvəldə 77-ci yerdə olan millimiz çempionatdan sonra Olimpiya üzrə reytinqdə 53-cü sıraya yüksəlib.

Qeyd edək ki, millimiz 2015-ci ildə komanda reytinq cədvəlində 86-cı olub.

Xəbər 706 dəfə oxundu.