Taekvondoçularımızdan 6 mükafat
İsveçdə taekvondoçular arasında “Trelleborg Open” turnirinə yekun vurulub. İdman.com.az saytının məlumata görə, “A” kateqoriyalı yarışda Azərbaycan millisi 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. Ustalarların rəqabətində Ramik Nəzərov (63 kq) hamını üstələyəib.

Gənclərin mübarizəsində Pərvin Əliyev (59 kq) və Seyidəzim Bədirxanlı (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Vladislav Subbotin (73 kq) yalnız final döyüşündə məğlub olub. Elnur Məhərrəmov (78 kq) və Təranə Məmmədova (46 kq) bürünc medal qazanıblar.

Xəbər 1219 dəfə oxundu.