Millimizlə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının heyəti açıqlanıb
Martın 26-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının heyəti açıqlanıb.

Dörd nəfərlik məşqçilər şurası Antalyada keçiriləcək matça 23 futbolçu çağırıb. Qazaxıstan millisinin ehtiyat oyunçular siyahısına isə 5 futbolçunun adı daxil edilib.

Qeyd edək ki, rəqibimiz oyunun hazırlığına martın 21-də başlayacaq. Qazaxıstan yığması martın 26-da Azərbaycan, üç gün sonra isə Gürcüstanla yoldaşlıq görüşü keçirəcək.

Xəbər 721 dəfə oxundu.