Vasif Durarbəyli Vyetnamda keçirilən şahmat turnirində iştirak edir
Vyetnamın Xoşmin şəhərində keçirilən “6-cı HD Bank Kuboku “ beynəlxalq şahmat turnirində 6-cı turun görüşləri başa çatıb. Həmyerlimiz, Vasif Durarbəyli 6-cı turda Hindistan təmsilçisi Diptayan Qoşla sülh bağlayıb. 6 oyundan 4 xal toplayan Durarbəyli 6-19-cu yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, isveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışda 16 ölkədən 76 zəka sahibi birincilik uğurunda mübarizə aparır.

Xəbər 797 dəfə oxundu.