Reykyavik Open 2016 beynəlxalq şahmat turniri
Reykyavik şəhərində keçirilən “Reykyavik Open 2016” beynəlxalq şahmat turniri davam edir.

Yarışın 4-cü turunda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Castin Sarkar ilə qarşılaşıb. Görüş həmyerlimizin xeyrinə başa çatıb. Beləliklə, 4 turdan sonra Mıəmmədyarov aktivinə 3.5 xal xal yazaraq liderlərdən yarım xal geri qalır. Turnirin liderləri, hərəyə 4 xal toplayan hindistanlı A.Baskaran və İngiltərə təmsilçisi Q.Consdur.

Qeyd edək ki, turnirdə ölkəmizlə yanaşı, Rusiya,Macarıstan, ABŞ, İtaliya, Almaniya və s 34 ölkədən 235 şahmatçı qələbə uğurunda mübarizə aparır. Ölkəmizi bu turnirdə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

Yarış isveçrə sistemi ilə 10 turdan ibarət keçirilir.

Xəbər 787 dəfə oxundu.