Sabah güləşçilərimiz Kiyevdə mübarizəyə qoşulurlar
Sabah Ukrayna paytaxtında sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir start götürəcək. İdman.com.az saytının xəbərinə görə, bu yarışda hər 2 komandamız iştirak edəcək.

Məşqçilər Aslan Ağayev və Arif Abdullayevin rəhbərliyi ilə «sərbəstlər»in mübarizəsində ölkəmizi Namiq Sevdimzadə (55 kq), Ağahüseyn Mustafayev, Hacı Əliyev (hər ikisi - 60 kq), Emin Əzizov, Zəlimxan Hüseynov (66 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (74 kq), İlya Xamikoyev, Novruz Temrezov (84 kq), Aslanbəy Alborov (96 kq) və Əli İsayev (120 kq) mübarizə aparacaqlar.

Ustalardan fərqli, qadın güləşçilərimiz baş məşqçi Rövşən Umudovun rəhbərliyi ilə fevralın 2-dən etibarən Kiyevdə təlim-məşq toplanışında iştirak edirlər. Heyətdə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Anna Belyayeva, Gözəl Zutova (hər üçü - 63 kq), Nadejda Sementsova (67 kq) və Dina İvanova (72 kq) yer alıblar.

Xəbər 949 dəfə oxundu.