AFFA-nın XXIII seçki-hesabat konfransı keçirilir
Bakıda AFFA-nın XXIII seçki-hesabat konfransı keçirilir.

Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətləri yüksək qiymətləndirib.

AFFA-nın prezidenti hesabat dövrü ərzində ölkəmizdə futbolun inkişafı məqsədilə tətbiq olunan layihələrin davam etdirildiyini diqqətə çatdıraraq deyib: “Futbol təhsili, infrastruktur layihələri və kütləviliyin artırılması ilə bağlı fəaliyyətimizdə müəyyən irəliləyişə nail olmuşuq. Azərbaycan beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Mayın 5-dən 21-dək Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının da yüksək səviyyədə təşkil olunacağına inanırıq”.

AFFA-nın baş katibi Elxan Məmmədov bölgə komandalarına daha diqqətlə yanaşılmasının vacibliyini vurğulayaraq deyib ki, regionlarda azarkeşlərin oyunlara daha çox gəlməsi bizə bir mesajdır: “Biz bölgə komandalarına diqqəti artırmalıyıq. 2009-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi “Hər klubun öz stadionu olmalıdır” qərarı müsbət nəticələrini verməkdədir”.

Tədbir hesabat məruzələri ilə davam edir.

Xəbər 704 dəfə oxundu.