Sumqayıtın üzvləri hakimlərlə görüşdü
"Sumqayıt" Futbol Klubu və Hakimlər Komitəsinin təşəbbüsü ilə "Kapital Bank Arena"nın konfrans zalında tədbir keçirilib. Görüş zamanı ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov və FİFA referisi Əliyar Ağayev "Sumqayıt" Futbol Klubunun əsas komandasının üzvləri ilə yanaşı klubun məşqçi heyətinə yeni futbol qaydaları haqqında məlumat verib.

Tədbir zamanı, futbolçu və məşqçi heyəti arasında futbol qaydaları arasında müəyyən müzakirələr aparılıb. Rüstəm Rəhimov və Əliyar Ağayev hakim futbolçu münasibətlərinə toxunmaqla yanaşı, bəzi mübahisəli epizodlara da aydınlıq gətirib. Görüşdə simulasiya epizodları, rəqibə hörmət, hakimlərə qarşı qeyri-etik hərəkətlər, futbolçu və hakimlər arasında ünsiyyət məsələləri də müzakirə edilib.

Tədbirin sonunda "Sumqayıt" Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasov məşqçi və futbolçu heyəti adından gələn qonaqlara minnətdarlığını bildirməklə yanaşı belə görüşlərin mütəmadi olaraq təşkil edilməsinin vacibliyini vurğulayıb.

Xəbər 717 dəfə oxundu.