AÇ-2016: sərbəst və qadın güləşçilərin mübarizəsində son gün
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.

Çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.

58 kq
1/8 final - Veranika İvanova (BLR) - Natalya Sinişin

69 kq
1/8 final - Gözəl Zutova - Dalma Caneva (İTA)

70 kq
1/8 final - Azamat Nurikau (BLR) - Gitinomaqomed Hacıyev

125 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Vladislav Baytçaev (RUS)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq.

Xəbər 801 dəfə oxundu.