“Kəpəz” “Xəzər Lənkəran” ilə oyunun hazırlıqlarını davam etdirir
“Kəpəz” Topaz Premyer Liqasının XXV turunda Gəncədə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyunun hazırlıqlarını davam etdirir. Martın 8-dən Bakıda məşqlərə start verən komanda hər gün saat 12:00-da meydana çıxır.

“Sarı-göylər” martın 11-nə kimi hazırlığı paytaxtda keçirəcək. Ayın 12-də Gəncəyə gələcək “Kəpəz” oyun öncəsi son məşqinə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq. Məşq saat 16:00-da başlayacaq. Hazırlıq prosesi azarkeşlər və media üçün açıq olacaq.

Xəbər 676 dəfə oxundu.