Bakıda kişi boksçular arasında ənənəvi “İpək yolu” beynəlxalq turniri keçiriləcək
Martın 10-dan 14-dək kişi boksçular arasında ənənəvi “İpək yolu” beynəlxalq turniri keçiriləcək.

Bakıdakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Ukrayna, İran, Gürcüstan və İsraildən dəri əlcək ustaları da mübarizə aparacaqlar.

Turnirdə ölkəmizi Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev, Cavid Çələbiyev (hər ikisi 56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulkadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) təmsil edəcəklər.

Xəbər 795 dəfə oxundu.