Futzal üzrə Azərbaycan millisi dünya çempionatına hazırlığını davam etdirir
Dünya çempionatının pley-off mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.

Martın 17-də yekunlaşacaq toplanışa Rövşən Hüseynli, Elnur Zamanov, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Amadeu Fernandes, Eduardo Mello, Augusto Sezar, Fineo de Araujo, Samir Həmzəyev, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Zeynal Zeynalov, Xətai Bağırov və Rafael Durval dəvət olunublar.

Xəbər 684 dəfə oxundu.