“Azəryol” voleybol klubu “Dinamo” (Krasnodar) komandası ilə qarşılaşıb
Bakının qadınlardan ibarət “Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsində ilk oyununu keçirib.

Baş məşqçi Ziya Rəcəbovun yetirmələri səfərdə Rusiyanın “Dinamo” (Krasnodar) komandasının qonağı olub. Rumıniyalı baş hakim Silvian Lungunun idarə etdiyi oyunda Rusiya təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Komandalar arasında cavab oyunu martın 12-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.

Xəbər 699 dəfə oxundu.