Azərbaycanın U-19 yığması monteneqrolu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 10-dan 14-dək Bakıda, martın 14-dən 18-dək isə Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olacaq.

Millimiz hazırlıq prosesi çərçivəsində martın 15-də və 17-də Monteneqronun U-19 yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər 713 dəfə oxundu.