Afrika Millətlər Kuboku Zambiya futbolçularına qismət oldu
Dünən Afrika Millətlər Kuboku başa çatıb. İdman.com.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin finalında Zambiya və Fil Dişi Sahilinin futbol komandaları qarşılaşıblar. Həlledici görüşün əsas vaxtında hesab açılmayıb. İkinci hissədə Fil Dişi Sahili yığması qol vurmağa gözəl imkan qazanıb.

Amma hücumçusu Droqba düşən fürsəti dəyərləndirməyib, penaltini dəqiq yerinə yetirməyib. Əlavə vaxtda da qapılara qol vurulmadığından (0:0), qalibi 11-metrlik cərimə zərbələri müəyyənləşdirib. Məhsuldar alınan penalti zərbələrində Zambiya millisi fərqlənib (8:7) və tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qızıl medalına sahib olub.

Xəbər 948 dəfə oxundu.