Cüdoçularımız Antalyada keçirilən Avropa kuboku yarışında ikinci yeri tutublar
Antalyada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.

Azərbaycan millisi yarışın sonuncu günündə aktivinə daha bir medal yazdırıb.

Turnirdə 90 kiloqram çəki dərəcəsində çıxış edən İmran Yusifov bürünc medal qazanıb. Cəfər Əkbərli (90 kq), Məhəmməd Abdullayev (+90 kq) və Fidan Hüseynova (63 kq) beşinci yeri tutublar. Rəşid Qafarlı (90 kq) və Ramil Babayev (+90 kq) isə yeddinci yerlə kifayətləniblər.

Beləliklə, Avropa kubokunu dördü qızıl, ikisi gümüş və üçü bürünc olmaqla ümumilikdə doqquz medalla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb.

Xəbər 702 dəfə oxundu.